Zakir Qaralov: “Ötən illərdən bağlı qalmış 418 cinayətin üstü açılb”

Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş, ağır və xüsusilə ağır, quldurluq, soyğunçuluq, oğurluq və dələduzluq cinayətlərinin açılma faizləri yaxşılaşmış, keçmiş illərdən bağlı qalmış 418 cinayətin açılması təmin olunub.

Bu barədə Baş prokuror Zakir Qaralov Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirib.

O, qeyd edib ki, 2017-ci ildə istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin daha səmərəli təşkili üçün görülən işlər müsbət nəticələrini verib, istintaq fəaliyyətini həyata keçirən Prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər, Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən 12960 şəxs barəsində 10931 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları  tərəfindən bir sıra xüsusilə ağır və ağır cinayətlərin, habelə böyük ictimai rezonans doğuran hadisələrin yüksək peşəkarlıq səviyyəsində istintaq olunması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilmələri təmin olunub. Buna misal olaraq, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirilyininayrı-ayrı vəzifəli şəxslərinin dövlət büdcə vəsaitlərininmənimsənilməsi, sahibkarlıq fəaliyyəti  subyektləri və digərşəxslərə qarşı törədilmiş  qanunsuz azadlıqdan məhrum etmə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə, rüşvət alma, vəzifədənsui-istifadə etmə və sair qanunsuz əməlləri, həmçinin Bakışəhəri, Nardaran qəsəbəsində hakimiyyət nümayəndələrinə qarşı silahlı müqavimət göstərilməklə onların qəsdən öldürülməsi, terrorçuluq və digər  cinayətlər üzrə idarə əməkdaşları tərəfindən keyfiyyətli istintaq aparılması və qanunauyğun tədbirlərin görülməsi təmin olunub.

Xüsusi vurğulanıb ki, hesabat dövründə Prezident İlham Əliyevin  siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanları tərəfindən ardıcıl və kəsərli tədbirlər davam etdirilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilməsi təmin edilib, həmin işlər üzrə müəyyən edilmiş ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manatının ödənilməsi, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması müsbət iş göstəriciləri kimi dəyərləndirilib.