“Zeytun budağı” əməliyyatı: Afrində indiyədək 557 terrorçu öldürülüb

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terror təşkilatlarına qarşı keçirdiyi “Zeytun budağı” əməliyyatı davam edir.

Abzas.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün keçirilən əməliyyat nəticəsində PYD, YPG və İŞİD-ə məxsus 20 obyekt dağıdılıb, 73 terrorçu öldürülüb. Bu barədə Türkiyə Baş Qərargahının mətbuat xidməti məlumat verib.

Yanvarın 28-i baş tutan döyüşlərdə 2 türk hərbçisi yaralanıb.

Məlumata bildirilir ki, əməliyyat başlayan gündən bu vaxtadək ümumilikdə  557 terrorçu öldürülüb.

Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.