Əfqan Muxtarlı siyasi partiyaların vahid boykot bloku yaratmasını təklif edib

Həbsdə olan jurnalist Əfqan Muxtarlı müxalifətə aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı birgə fəaliyyət göstərməyi təklif edib.

Jurnalistin ailə üzvləri vasitəsilə yaydığı məlumatda deyilir ki, o, bu barədə təkliflər hazırlayıb və ictimaiyyətə çatdırılmasını istəyib:

“Müxalifət – AXCP, Müsavat Partiyası, “Nida” Vətəndaş Hərəkatı və REAl vahid boykot bloku yaratsın. Seçkilərin müşahidəsi təşkil olunsun. Seçki qərargahı yaradılsın. Ölkə üzrə seçki məntəqələrində müşahidələr həyata keçirilsin”.

Xatırlatma

Mayın 29-u jurnalist Əfqan Muxtarlının Gürcüstanda itkin düşdüyü xəbəri çıxıb. Bir gün sonra jurnalistin Dövlət Sərhəd Xidmətində saxlanıldığı məlumatı yayılıb.

Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə Əfqan Muxtarlıya 6 il müddətinə azadlıqdan məhrum edilib.