Əfqan Muxtarlı üç günlük həbsdən buraxıldı

Həbsdə olan jurnalist Əfqan Muxtarlının yaxınlarının yas mərasimində iştirakı üçün etdiyi müraciətə baxılıb.

Jurnalist 3 gün müddətinə evə buraxılıb.

Bu gün Ə.Muxtarlının yaxınlarının qırx mərasimidir.

Jurnalistin yas mərasimində iştirakına icazə verilməsi üçün hələ hadisə günü – dekabrın 31-də vəkili Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmişdi. Amma heç bir cavab verilməmişdi.
Faciəli hadisə dekabrın 31-də Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verib.
Jurnalistin bacısı, 1982-ci il təvəllüdlü Nuranə Muxtarlı, onun iki yaşlı qızı və 12 yaşlı qardaşı qızı dəm qazından boğularaq, dünyasını dəyişib.
Məhkəmənin hökmü ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin jurnalist prezident və ailəsinin biznesi haqda araşdırmalarına görə cəzalandırıldığını bildirir.