Əfqan Muxtarlı vaxtından əvvəl həbsxanaya qaytarıldı

Dünən, fevralın 8-də jurnalist Əfqan Muxtarlı  bacısı, bacısı və qardaşı uşaqlarının 40 mərasiminə buraxılmışdı. 
Jurnalistin bacısı Nuranə Muxtarlı, bacısı və qardaşı qızları 2017-ci il dekabrın 31-də yaşadıqları mənzildə dəm qazından zəhərlənərək həyatlarını itiriblər.
O, 40 mərasimi üçün 2 günlük buraxılmışdı, lakin onun görüşünün müddətini bu gün dayandırıblar. Bu barədə Müsavat funksioneri Elman Fəttah facebookda yazıb.
Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı mayın 29-u Azərbaycanda həbs edilib.
Yanvarın 12-də Balakən Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır. Beynəlxalq Amnistiya təşkilatı onu vicdan məhbusu elan edib.