Əfv Komissiyası 400 müraciətə baxıb

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu gün keçirilən iclasda komissiyaya daxil olan 100-ə yaxın müraciətə baxılıb.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər təqribən 400 müraciətə baxıb. Ümumilikdə isə komissiyaya 1000-ə yaxın müraciət daxil olub.