AN-148 təyyarəsinin qəzaya düşməsinin səbəbi açıqlandı

AN-148 təyyarəsinin pilotları sürəti göstərən cihazı yoxlamamışlar.

Bu günlərdə Rusiyada qəzaya uğrayan AN-148 təyyarəsinin qara qutusunun araşdırılması göstərir ki, pilotlar son anadək qəzanın səbəbini başa düşməyiblər və bu üzdən müvafiq addımlar ata bilməyiblər.

İnterfaks agentliyi bildirir ki, səs yazısından görsənir ki, pilotlar hələ Domodedovo hava limanından qalxmazdan əvvəl cihazları, nəzarət sistemini yoxlayıblar. Amma nədənsə tam təzyiq yığmaq üçün, sürəti göstərən cihazı işə salıb qızdırmayıblar.

Mənbənin məlumatına görə, təyyarə havaya qalxdıqdan sonra pilotlar görüblər ki, 2000 kilometrlik hündürlükdə ox pilotlardan birində sürətin saatda 200 km, digərində isə 0 olduğunu göstərir.

Amma reallıqda təyyarə saatda 600 km sürətlə uçurmuş.

Vəziyyətin nə yerdə olduğunu anlamayan pilotlar bu vaxt qışqırmağa, nasazlığın səbəbini başa düşmədən sürət yığmaq üçün təyyarəni aşağı salmağa başlayırlar.

Nəticədə təyyarə yerə çaxılır.

Rusiyanın kökumətlərarası aviasiya komitəsi də bundan əvvəl qəzanın cihazların sıradan çıxması nəticəsində sürətə görə baş verməsini mümkün versiya adlandırmışdı.

AN-148 təyyarəsi fevralın 11-də Moskva ətrafında qəzaya düşüb.

Nəticədə təyyarədə olan 71 nəfərin hamısı həlak olub.

Həlak olanlardan biri Azərbaycan vətəndaşıdır.

Bunu Azərbaycan Xarici Işlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun 1971-ci il təvəllüdlü Yevlax rayon sakini Namiq Qəhrəmanov olduğu bildirilir.

“Saratov” hava şirkətinə məxsus təyyarə Moskvadan Orska uçurmuş.