2017-ci ildə AÇG-dən 215 mln. barel neft hasil edilib

2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan stabil hasilat təhlükəsiz şəkildə davam edib.

Layihənin operatoru “BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, il üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (51 000), “Mərkəzi Azəri” (137 000), “Qərbi Azəri” (124 000), “Şərqi Azəri” (82 000), “Dərinsulu Günəşli” (117 000) və “Qərbi Çıraq” (77 000) platformalarından birlikdə – gündə orta hesabla 588 000 barel və ya ümumilikdə təqribən 215 mln. barel, yəni 29 mln. ton neft olub.

İlin sonunda AÇG-də ümumilikdə 115 neft hasilat quyusu və 54 qaz və su injektor quyusu istismarda olub. İl ərzində AÇG-də 17 neft hasilat quyusu, 3 suvurma quyusu qazılıb.

AÇG-də iştirak payları BP (operator – 35,8%), SOCAR (11,6%), “Shevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobil” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Limited” (OVL) (2,7%) şirkətlərinə məxsusdur.