“ABŞ Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinin tərəfdarıdır”

“ABŞ Azərbaycanda ölkə Konstitusiyasına uyğun olaraq, azad və ədalətli seçkilərin keçirilməsinin tərəfdarıdır”.

Bunu ABŞ dövlət katibi müavininin müşaviri Bricit Brink Bakıda keçirilən mətbuat konfransında deyib.

“Həmişə deyirik ki, ABŞ seçki kampaniyaları çərçivəsində bütün əsas azadlıqları dəstəkləməyə sadiqdir. İnsan hüquqları və əsas azadlıqlara riayət olunması, enerji təhlükəsizliyi və digər vacib məsələlər Azərbaycanla münasibətlərimizin əsas şərtlərindən biridir”, – deyə diplomat bildirib.