ABŞ Şimali Koreyayla danışıqlara hazırdır

ABŞ Şimali Koreyayla danışıqlara hazırdır. 

Abzas.net xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mike Pence “Washington Post”-a açıqlama verib.

Pence bildirib ki, bu heç də sanksiyalardan imtina edəcəkləri mənasına gəlməməlidir:

“Maximal təzyiq göstərməkdə davam edəcəyik. Hətta indi təzyiqlər daha intensif hal alacaq. Amma əgər siz danışmaq istəsəniz – danışacağıq, buna hazırıq”.

Pence KXDR-in hansı addımlar atmalı olduğuna dair suala “bilmirəm” deyə cavab verib: “Danışıqlar da elə bunun üçün gərəkdir”.