Apellyasiya Məhkəməsi dindar fəalı həbsdə saxlayıb

Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının üzvü Samir Babayevin 60 sutka həbs qərarı ilə bağlı şikayətini təmin etməyib.

Abzas.net xəbər verir ki, məhkəmə iclası hakim İlqar Murquzovun sədrliyi ilə keçirilib.

Samir Babayev çıxış edərək, ona qarşı sürülən ittihamları rədd edib. Onun sözlərinə görə, həbsinin əsl səbəbi həbsdəki ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olmasıdır.

Appelyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Fevralın 3-də Maştağa qəsəbəsinin sakini S.Babayev saxlanılıb. Fevralın4-ü Sabunçu Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilib. Iddia olunur ki, onun üzərindən narkotik maddə tapılıb. Məhkəmə S.Babayevə 60 sutka inzibati həbs cəzası verib.