ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfər proqramı açıqlanıb

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfər proqramı açıqlanıb.

Həmsədrlər fevralın 6-da Azərbaycana gələcəklər və fevralın 7-də rəsmi şəxslərlə görüşlər keçirəcəklər.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanım bildirdiyinə görə, vasitəçilər fevralın 8-9-da Ermənistana səfər edəcəklər.

ATƏT-in Minsk qrupunun həmsədrləri eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərinə – Dağlıq Qarabağa səfər edəcəklər.