Azərbaycan millisinin futbolçuları Antalyada gözlənilmədən dopinq-testdən keçiblər

Azərbaycan milli komandasının futbolçuları Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olduqları vaxt geniş anti-dopinq yoxlamasından keçiblər.

Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, yoxlamanı Almaniya şirkəti futbolçular üçün gözlənilmədən aparıb.

Nəticədə daha 8 futbolçu qeydiyyata alınmış test qrupuna daxil edilib. Bununla da belə futbolçuların sayı 11-ə çatıb. Onların hamısı AMADA-ya məkan məlumatları verəcəklər.

MƏNBƏReport.az
Əvvəlki məqaləYAP-ın Siyasi Şurası və İdarə Heyətinin tərkibində dəyişiklik edilmədi — SİYAHI
Növbəti məqalədəFərman Ceyranlıya 6 il həbs cəzası verildi