Azərbaycanda növbədənkənar prezident seçkiləri elan olunub

Pezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Sərəncama əsasən İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edib.

Sərəncmda qeyd olunub ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması barədə Mərkəzi Seçki Komissiyasına göstəriş verilib.