Azərbaycanda ölü pullar canlanacaq

Qeyri-işlək aktivlərin idarə edilməsi üzrə mexanizmlər yaradılır.

Bu barədə Azərbaycan Banklar Assosiasiyasından (ABA) məlumat verilib.

Bildirilir ki, yanvarın 31-də ABA-da “Bakı yanaşması” adlı sənədin müzakirəsi ilə əlaqədar iclas keçirilib. İclasda Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi və kommersiya banklarının nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyri-işlək aktivlərin (QİA) idarə edilməsi üzrə “Bakı yanaşması”nın hüquqi mexanizmlərinin yaradılması məsələləri müzakirə olunub. Bankların səlahiyyətli nümayəndələrinin təklifləri dinlənilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası “Maliyyə xidmətlərinin inkişafına dair Strtaeji Yol Xəritəsi”nin “Qeyri-işlək aktivlərin idarə edilməsi üzrə hüquqi mexanizmlərin yaradılması” sərlövhəli 1.2.1-ci tədbirinin icrası üzrə “Bakı yanaşması” adlı sənədin hazırlanması üzərində iş aparır.