Azərbaycanın Olimpiadadakı tək təmsilçisi finişə çata bilməyib

Azərbaycan 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.

Abzas.net xəbər verir ki, fevralın 22-də Olimpiadada iştirak edən yeganə təmsilçimiz Patrick Brachner dağ xizəkçiliyinin slalom yarışında çıxış edib.

106 idmançının qatıldığı mübarizədə 68-ci sıra nömrəsi ilə qüvvəsini sınayan avstriyalı legioner finişə çata bilməyib. İlk cəhddə uğursuz çıxış edən Patrick Brachner mükafatçıların müəyyənləşəcəyi ikinci yürüşə qatılmayacaq.

Brachner Soçi-2014 Olimpiadasında da finişə çata bilməmişdi.