Çempionlar Liqasının play-off mərhələsi start götürür

Fevralın 13-ü futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları start götürəcək.

Bu mərhələnin ilk həftəsində ikisi 13 fevrak, ikisi də 14 fevral olmaqla 4 matç baş tutacaq.

İlk oyun günündə İsveçrədə “Bazel” İngiltərə premyer-liqasının hazırki lideri “Mançester Siti” klubunu qəbul edəcək.

Gecənin ikinci matçı İtaliyada baş tutacaq. Daha bir İngiltərə premyer liqası təmsilçisi “Tottenhem” Turində “Yuventus”-un qonağı olacaq.

Oyunlar Bakı vaxtı ilə 23:45-də start götürəcək.