Elmar Məmmədyarov Belçikaya gedir

Xarici işlər naziri Elmar Məmmədyarov Belçikaya yola düşür.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında iştirak etmək üçün Belçikanın paytaxtı  Brüsselə yola düşüb.