“Fitch” Azərbaycan üzrə proqnozu açıqlayıb

Fitch Ratings Loqo
“Fitch Ratings” beynəlxalq reytinq agentlyi Azərbaycan üzrə proqnozu “mənfi”dən “stabil” dərəcəsinədək yüksəldib.

Agentliyin yeni hesabatına əsasən, emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi “BB+” səviyyəsində təsdiq edilib.

Agentlik reytinq üzrə proqnozun yüksəltməsinə səbəb kimi, 2016-cı ildə 2 illik turbulentlikdən sonra makro-iqtisadi sabitliyin əldə olunması, neft qiymətlərinin tədricən bərpa edilməsi və manatın məzənnəsinin sabitləşməsini əsas gətirib. Məzənnənin sabitləşməsi 2017-ci ilin aprel ayından başlayaraq inflyasiya təzyiqini azaltmağa imkan verib.