Florida ştatında məktəbə silahlı hücum nəticəsində 17 nəfər ölüb

ABŞ-ın Florida ştatının Parkland şəhərində “Marjory Stoneman Douglas” məktəbində silahlı insident olub.

Abzas.net xarici KİV-ə istinadən xəbər verir ki, Nicolas Crus adlı şəxs məktəbə daxil olaraq yarı-avtomatik tüfəngdən şagirdlərə atəş açmağa başlayıb.

Məlumata görə, hadisə nəticəsində 17 nəfər ölüb. Daha 50-ə yaxın insanın müxtəlif xəsarətlər aldığı bildirilir.

Ölənlər arasında həm şagirdlər həm də böyüklər var.

Hadisəni törədən 1999-cu il təvəllüdlü Nicolas Crus polis tərəfindən saxlanılıb.