Gəncədə 17 yaşlı oğlan bıçaqlanaraq öldürülüb

Gəncədə 17 yaşlı oğlan küçədə bıçaqlanıb.

Məlumata görə, 11-ci sinif şagirdi, 2001-ci il təvəllüdlü Elnur Həsən oğlu Bağırov şəhərin Tağı Arani küçəsində ürəyindən bıçaqlanıb.

E. Bağırov xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyib. Onun kim tərəfindən hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.