Gözəl Bayramlının apellyasiya şikayətinə baxılacaq

AXCP sədr müavini Gözəl Bayramlının işi üzrə apellyasiya məhkəməsinin vaxtı məlum olub.

Apellyasiya şikayəti üzrə ilkin baxış iclası 28 fevral saat 15-ə təyin edilib. Apellyasiya şikayətinə Gəncə   Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun  sədrliyilə baxılacaq.

Xatırlatma

Gözəl Bayramlı mayın 25-i Gürcüstandan Azərbaycana keçərkən sərhəd keçid məntəqəsində saxlanılıb. Daha sonra, Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, onun sumkasına baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları aşkar edilərək götürülüb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail rayon məhkəməsinin qərarı ilə, onun haqqında 3 ay həbs qətimkan tədbiri seçilib. Daha sonra bu müddət iki dəfə uzadılıb.

Bu ilin yanvarın 23-də Qazax Rayon Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.