İlham Əliyev ABŞ-ın enerji məsələləri üzrə xüsusi elçisini qəbul edib

Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, İlham Əliyev ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Sue Saarnio-nun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının fevralın 15-də Bakıda keçiriləcək 4-cü iclasında iştirakına görə Sue Saarnio-ya minnətdarlığını bildirib.