İlham Əliyev deputat Fəttah Heydərova “İstiqlal” ordeni təqdim edib

Prezident İlham Əliyev deputat Fəttah Heydərova “İstiqlal” ordenini təqdim edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, İlham Əliyev Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərova “İstiqlal” ordenini təqdim edib.

Fəttah Heydərov fövqaladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.