Mahmoud Abbas Putin-lə görüşəcək

Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas fevralın 12-də Moskvaya səfər edib.

Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, Fələstin liderinin Rusiya prezidenti Vladimir Putin-lə görüşəcəyi gözlənir.

ABŞ yaranmış gərginlik fonunda Abbasın Rusiya ilə münasibətləri qaydasına salmağa və onun dəstəyini qazanmağa çalışdığı bildirilir.

İki həftə öncə Putin İsrailin baş naziri Benjamin Netanyahu ilə goruşüb.

Dekabrın 6-da ABŞ prezidenti Donald Trump Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Bu addım ərəb dünyasını qəzəbləndirib, etirazlar doğurub. Fələstinlilər də Qüdsü gələcək dövlətlərinin paytaxtı sayırlar.