Maliyyə və sığorta sahəsində 7 min nəfər işini itirib

Azərbaycanda maliyyə və sığorta sektorunda muzdla çalışan işçilərin ümumi sayı 2017-ci il ərzində 5,2% və ya 1300 nəfər azalaraq 2018-ci il yanvarın 1-nə 23 min 7 00 nəfər təşkil edib.

Rəsmi statistikaya görə, işçilərin 4500 nəfəri və ya 19%-i dövlət, 19,2 min nəfəri və ya 81%-i özəl sektorda çalışıb.

Bildirək ki, bu sahədə çalışan işçilərin sayı 2005-ci ildəki 11,8 min nəfərdən 2014-cü ildə 30,9 min nəfərədək yüksəlib, daha sonra azalmağa başlayaraq 2015-ci ildə 30,1 min nəfər, 2016-cı ildə 25 min nəfər olub.

Qeyd edək ki, cari il yanvarın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı ilkin məlumatlara əsasən 1 521,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 880,1 min nəfər, qeyri-dövlət sektorunda isə 641,2 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,9 min nəfər, qeyri-neft sektorunda isə 1 487,4 min nəfər çalışıb.