Mikayıl Cabbarov nazirliyə “Lexus” maşınları alır

Vergilər Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin satın alınması ilə bağlı keçirilən tenderin qalibinin adı açıqlanıb.

İqtisadiyyat Nazirliyi xəbər verir ki, “Lexus-Bakı” MMC bununla bağlı keçirilən tenderin qalibi olub.

Fevralın 5-də Vergilər Nazirliyinin “Lexus-Bakı” MMC ilə imzaladığı satınalma müqaviləsinin dəyəri 239 min manat təşkil edib.