MSK 12 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib

Fevralın 17-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Abzas.net xəbər verir ki, iclasda MSK sədri Məzahir Pənahov çıxış edib.

M.Pənahov bildirib ki, Azərbaycanda prezidentliyə namizədliklərin irəli sürülməsi prosesi davam edir.

Onun sözlərinə görə, qarşıda hələ vaxt var və arzu edən şəxs prezidentliyə namizədliyin irəli sürə bilər.

MSK sədri bildirib ki, indiyədək 13 nəfər namizədliyini irəli sürüb:

“Onlardan 7-nin namizədliyi siyasi partiyalar, 1-nin namizədliyi təşəbbüs qrupu, 4-nün namizədliyi isə özü tərəfindən irəli sürülüb. MSK 12 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib, 1 nəfərin namizədliyinin təsdiq olunması məsələsinə isə MSK-nın növbəti iclasında baxılacaq”