Prezident Tağı Əhmədovu “Əmək” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Tağı Əhmədovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki,  Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və nəqliyyat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tağı Məhəmməd oğlu Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

T. Əhmədov “Bakı Metropoliteni” QSC-nin rəisi olub.