Qazaxda 26 yaşlı gənc intihar edib

Qazaxda intihara cəhd edən şəxs xəstəxanada ölüb.

Fevralın 3-də rayonun Ağköynək kənd sakini, 1992-ci il təvəllüdlü Elçin Elşən oğlu İsgəndərov özünü rayon ərazisindən keçən suvarma kanalına atıb. Xəstəxanaya yerləşdirilən E. İsgəndərov fevralın 11-də orada ölüb.

Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

MƏNBƏAPA
Əvvəlki məqaləTeleqüllə yaxınlığında 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb
Növbəti məqalədəHökumət Evində pul üstündə dava – Keçmiş icra başçısı polisə müraciət etdi