Qızılın qiymətində 1.5 dollar azalma baş verib

Amerika fond bazarında “Dow Jones” indeksi  1,03% – 24 893,49 bəndədək,  “S&P 500” 1,34% – 2 698,63 bəndədək, NASDAQ isə 1,86% – 7 143,62 bəndədək bahalaşıb.

Avropa fond bazarlarında “FTSE 100” indeksi 0,64% – 7 213,97 bəndədək, Almaniya DAX-I  1,17% – 12 339,16 bəndədək, Fransa CAC-40-ı isə 1,10% – 5 165,26 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,50 dollar ucuzlaşaraq 1 356,50 dollara, gümüşün unsiyasının qiyməti sabit qalaraq 16,88 dollara satılıb.