Rusiyada baş verən yanğında azərbaycanlı ailənin üzvləri yanaraq ölüb

Rusiyada baş verən yanğında azərbaycanlı ailənin üzvləri yanaraq ölüb.

Hadisə Orenburq şəhərində qeydə alınıb.

Bildirilir ki, hadisə dünən Orenburq şəhərində, Salmışskaya küçəsində, yaşayış binasının 9-cu mərtəbəsində baş verib.

Hadisə zamanı bir ailənin 4 üzvü yanaraq ölüb. Onlardan 2-i uşaqdır.

Hazırda ölənlərdən ikisinin adı məlumdur. Bunlar Namiq Quliyev və onun azyaşlı qızı Leyladır.

Yanğın zamanı daha 7 nəfər xəsarət alıb.