Türkiyə ordusu Afrində 897 terrorçu məhv edib

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 897 terrorçu məhv edilib.

Məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, son sutkada keçirilən əməliyyat nəticəsində terrorçu İŞİD və PKK qruplaşmalarının mövqeləri, təchizat yolları və silah-sursat anbarları kimi istifadə etdikləri 15 hədəf dağıdılıb.

Qeyd edək ki, “Zeytin budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.

MƏNBƏReport
Əvvəlki məqaləAğsuda 48 yaşlı kişi özünü asaraq intihar edib
Növbəti məqalədəGömrük kapitanı işdən azad edildi