Xalq artisti Zərnigar Ağakişiyeva dünyasını dəyişib

Xalq artisti Zərnigar Ağakişiyeva fevralın 8-də axşam saatlarında dünyasını dəyişib.

73 yaşlı aktrisanın ürək tutmasından vəfat etdiyi bildirilir.
1945-ci ildə Qubada anadan olmuş Z.Ağakişiyeva 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktrisası idi. 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Fövqəladə Hallar Nazirliyi Azərbaycanın Xalq artisti Zərnigar Ağakişiyevanın ölümü ilə bağlı məlumat yayıb.

Nazirliyin saytının verdiyi xəbərə görə, bildirilir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının meyitin aşkar ediblər. Z.Ağakişiyevanın meyiti aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb”, – deyə məlumatda qeyd olunur.