YAP namizədin açıqladı: İlham Əliyev dördüncü dəfə də prezident olmaq istəyir

Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov hakim partiyanın prezidentliyə namizədinin dövlət başçısı İlham Əliyev olduğunu açıqlayıb.

Ə. Əhmədov bunu jurnalistlərə açıqlamasında bildirib.

Ə. Əhmədov Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin qələbəsinə YAP gənclərinin də töhfə verəcəyinə inandığını vurğulayıb.