230 milyon dollarlıq peyk 423 min gəlir gətirib

Yanvarda “Azerspace-1” xidmət ixracından 423 min dollar qazanıb. 

Bunu jurnalistlərə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn deyib.
İİTKM rəsmisi xidmət ixracından da danışıb. Onun sözlərinə görə, 2018-ci ilin yanvar ayında “Azərkosmos” ASC dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edib:
“Cari ilin ilk ayında “Azərkosmos” peyk telekommunikasiya xidmətlərininin (“Azerspace-1″) ixracından 423 min ABŞ dolları məbləğində gəlir əldə edilib. “Azərkosmos”un yanvarda xidmət ixracı əsasən BƏƏ, Almaniya, Misir, Gürcüstan, Çin, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digər ölkələrə olub”.
2013-cü ildə havaya buraxılan peyk 230 milyon dollara başa gəlib.O vaxtkı nazir Əli Abbasov peykin 15 il istismar müddəti olduğunu və ölkəyə 650 milyon dollar gəlir gətirəcəyini elan etmişdi. İndi bəlli olur ki, yüz milyonlarla gəlir vədi yalan imiş.Artıq elə vəziyyət yaranıb ki, peykə görə götürülmüş kreditlər dövlət büdcəsi hesabına qaytarılır. Digər tərəfdən telekanallara bu peykdən istifadə üçün dövlət büdcəsindən milyonlarla vəsait ayrılıb.
230 milyon dollar vəsait xərclənmiş peykin göstərdiyi xidmət müqabilində bir ayda 423 min dollar gəlir əldə etməsi növbəti biiabırçılıqdan başqa bir şey deyil.