ADR-i növbəti dəfə dövlət qeydiyyatına almadılar

Martın 9-da Ali Məhkəmədə İqtisadçı Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının dövlət qeydiyyatına alınmaması ilə bağlı şikayətinə baxılıb.

Abzas.net xəbər verir ki, məhkəmə İlqar Dadaşovun sədrliyi ilə keçirilib.

Ali Məhkəmə şikayəti təmin etməyib. Bununla da ADR-in qeydiyyatla bağlı müraciətinə 3-cü dəfə “yox” deyilib.

Hərəkatın təmsilçisi Ellada Məmmədlinin sözlərinə görə,  hərəkatın qeydə alınmamasından əvvəlcə aşağı məhkəmələrə şikayət edilib. Əvvəlcə Bakı İnzibati-İqtisadi Məhkəməsi, ardınca Bakı Apellyasiya Məhkəməsi Ədliyyə Nazirliyin qərarını haqlı hesab edib. Ən sonda isə Ali Məhkəmə qərarı qüvvədə saxlayıb.