Afrinin nəzarətə götürüldüyü bildirilir

Türkiyə Silahlı Qüvvələri (TSQ) Azad Suriya Ordusu ilə birlikdə Suriyanın “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrin şəhərini nəzarətə götürüb.

Türkiyə mətbuatı xəbər verir ki, bu gün səhər saatlarında müxalif Azad Suriya Ordusunun birlikləri Türkiyə ordusunun dəstəyi ilə cənub-şərq istiqamətindən Afrin şəhərinə girib və PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün əməliyyata başlayıb. Hazırda şəhər tam nəzarətə alınsa da, bəzi küçələrdə terrorçuların təmizlənməsi istiqamətində əməliyat aparılır.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PYD/YPG terrorçularından təmizləmək üçün “Zeytun budağı” əməliyyatına başlayıb.