ATƏT cəbhə xəttində monitorinq keçirib: insident baş verməyib

Martın 15-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Monitorinq zamanı insidentin baş vermədiyi bildirilir.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Ognen Jovic və Simon Tiller keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Micheil Olaru, Gennadih Petrika və Martin Shuster keçiriblər.