Biləsuvarda 5, Goranboyda 7 yaşlı uşağı maşın vurub

Goranboy və Biləsuvarda azyaşlı uşaqların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələri baş verib.

Məlumata görə, 2011-ci il təvəllüdlü Goranboy rayonu Veyifli kənd sakini Ələkbərov Məlikməhəmməd Nazim oğlunu yolu keçərkən maşın vurub.

Avtomobilin sürücüsü tərəfindən xəstəxanaya çatdırılan uşağa tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Biləsuvar rayonunun Ovçubərə kəndində qeydə alınan hadisə zamanı, 2013-cu il təvəllüdlü Ağalıkənd sakini, anası ilə birgə yolun kənarında dayanan Ramiz Elşən oğlu Əmirovu “VAZ 2106” markalı avtomobil vurub.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan uşağa tibbi yardım göstərildikdən sonra həkim nəzarətinə buraxılıb. Vəziyyətinin normal olduğu bildirilir.