Britaniya müttəfiqlərini Rusiyada keçiriləcək DÇ-2018-i boykot etməyə çağırıb

Böyük Britaniya hökuməti SSRİ-nin Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal və qızının zəhərlənməsinə dair işdə “Rusiya izi” sübuta yetiriləcəyi təqdirdə, Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatını boykot etməyə hazır olduğunu bildirib.

“The Times” nəşri xəbər verir ki, boykot dünya çempionatına yüksək vəzifəli siyasətçi və rəsmi şəxslər tərəfindən məhəl qoymamağı nəzərdə tutur.

“DÇ-nın boykotu aydın şəkildə variantlardan biridir”, – deyə nəşr mənbənin sözlərini sitat gətirir.

Nəşrin fərziyyəsinə görə, britaniyalıların ideyasını Yaponiya, Polşa və Avstraliya dəstəkləyə bilər.