Dağlıq Qarabağda mina partlayışı nəticəsində Britaniya təşkilatının üç əməkdaşı ölüb, ikisi yaralanıb

Azərbaycanın işğal olunmuş ərazilərində Böyük Britaniyanın “HALO Trust” təşkilatının əməkdaşları mina partlayışı nəticəsində ölüblər.

Təşkilatın Xankəndidəki ofisindən “News.am” saytına bildiriblər ki, partlayış nəticəsində ölən və yaralananlar var.

Hadisə Ağdarə rayonunda ərazinin minalardan təmizlənməsi əməliyyatı zamanı baş verib. Nəticədə “HALO Trust” təşkilatının üç əməkdaşı ölüb, ikisi yaralanıb.