Ermənistanda yeni prezident seçilib

Bu gün Ermənistan parlamentində ölkənin yeni prezidentinin seçkisi keçirilib.

Armen Sarkisian ölkənin yeni prezidenti seçilib. Onun namizədliyi parlament çoxluğu tərəfindən irəli sürülmüşdü.

A. Sarkisian ölkəsinin Böyük Britaniyada səfiri vəzifəsində çalışırdı. O, daha əvvəl Ermənistanın baş naziri olub.

2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən Ermənistan 2018-ci ilin aprelindən etibarən parlament idarə üsuluna keçir. Prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək.