Fizik Stephen Hawking vəfat edib

Böyük britaniyalı alim, tanınmış fizik Stephen Hawking 76 yaşında vəfat edib.

Bu barədə Hawking-in ailəsi məlumat yayıb.

Stephen Hawking 1974-cü ildə qara dəliklərin “Hawking radiasiyası” yayması nəzəriyyəsini xülasə edib. 1988-ci ildə onun “Zamanın qısa tarixi” adlı kitabı nəşr olunub.

S.Hawking 22 yaşında ikən ona lateral skleroz xəstəlik diaqnozu qoyulub. Bir müddətdən sonra fizik təkərli kürsüdən istifadə etməyə başlamışdı və səs sintezatoru olmadan danışa bilmirdi.

O, evli idi və üç övladı var idi.