Fransa polisi keçmiş prezidenti saxlayıb

Fransada keçmiş prezident Nicolas Sarkozy polis tərəfindən saxlanılıb.

Abzas.net xarici KİV-ə istinadən xəbər verir ki, Sarkozy 2007-ci ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün saxlanılıb.

Sarkozy-nin seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirildiyi iddia olunur.

Nicolas Sarkozy Nanterdə məhkəmə polisinin binasında saxlandığı bildirilir.