Fransada İŞİD üzvü supermarketə hücum edib: 3 nəfər ölüb, 12 nəfər yaralanıb

Fransanın cənubunda yerləşən Treb şəhərində silahlı şəxs supermarketə hücum edərək insanları girov götürüb.

Abzas.net xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində üç nəfər ölüb.

Daha 12 nəfərin yaralandığı bildirilir. Onlar artıq polis tərəfindən girovluqdan azad ediliblər.

Hadisəyə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Hücum edən terrorçu İŞİD üzvü olduğunu bildirib.

Həmin şəxs daha öncə qonşu şəhərdə polislərə atəş açıb və nəticədə bir polis əməkdaşı ölüb.