Gömrük, həbsxana işçilərin də maaşları artdı

Prezident gömrük, penitensiar, miqrasiya və hərbi xidmətə çağırış üzrət xidmətlərin işçilərinin maaşını martın 1-dən 10 faiz artırıb.

Dövlət başçısı bununla bağlı bu gün, martın 10-da bir neçə sərəncam verib.

Sərəncamın birində yazılır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 10 faiz artırılsın.

Başqa bir sərəncamla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərin də deyilən vaxtdan maaşlarına 10 faiz əlavə edilməlidir.

Habelə, Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin də maşları həmin miqdarda artırılır.
Daha bir sənədlə isə Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin də aylıq vəzifə maaşlarına eyni qaydada əlavə ediləcək.