İlham Əliyev Gürcüstan baş naziri ilə görüşüb

Prezident İlham Əliyev Gürcüstan baş naziri ilə görüşüb. 

Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, İlham Əliyev Bakıda səfərdə olan Gürcüstan baş naziri Giorgi Kvirikashvili ilə görüşüb.

Məlumata görə, təkbətək keçən görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.