İsa Qəmbərin Türkiyədə müayinəsi başlayıb

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin Türkiyədə müayinəsi başlanıb.

Bunu Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

G.Aslanlının sözlərinə görə, İ.Qəmbərin səhhətində hər hansı problem yoxdur, həkimlər martın 1-i axşama kimi müayinələrin nəticəsinin məlum olacağını bildiriblər.

İ.Qəmbərin nə zaman Azərbaycana dönəcəyinə gəlincə, G.Aslanlı bu tarixin, hələlik, məlum olmadığını bildirib. O, bunu İ.Qəmbərin bir sıra görüşlərinin olması ilə əlaqələndirib.