Kriminal avtoriteti təhqir edən Rəhim Şəkinski Fransada güllələnib

Martın 30-da Fransanın Tuluza şəhərində yaşayan azərbaycanlı Rahim Namazov və həyat yoldaşı (Şəkinski) güllələnib.

Abzas.net xəbər verir ki, bu barədə Francebleu xəbər portalı məlumat verib.

Məlumata görə, hadisə Tuluza şəhərinin yaxınlığındakı Kolomye şəhərində baş verib. “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov ilə həyat yoldaşına 7 güllə vuraraq, hadisə yerindən qaçıb.

Rahim Namazovun vəziyyəti ağırdır, həyat yoldaşı isə xəstəxanada ölüb.

Hüquq-mühafizə orqanları hadisənin hansı motivdı baş verdiyi ilə bağlı araşdırma aparır.

Rahim Namazov sosial şəbəkələrdə Rahim Şəkinski adı ilə məşhurdu. Bir müddət öncə o, kriminal aləmin məşhur simalarından olan Nadir Səlifovu (Lotu Quli) ağır təhqir edən video və səs yazıları yayıb.